Mitinq günü Gültəkin Hacıyevanın şok səs yazısı - VİDEO

Bu gün Real TV-nin "Mirşahinin vaxtı" verilişində dünən Bakıdakı icazəsiz mitinq haqqında danışılıb.

Mir Şahin Ağayev Bakıda icazəsiz aksiyada bir çox sensasion məqama diqqət çəkib. O, mitinq keçirmək istəyənlərin cəhdinin əslində haralara gedib çıxdığını izah edib. O bildirib ki, hər şey xaricin müdaxiləsi və müşayiəti ilə baş verir. 

Gültəkin Hacıbəyli Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Uilyam Solliyə, Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidislə də əlaqə saxlayır.

İcazəsiz aksiya cəhdindən sonra Milli Şuranın üzvü, Gültəkin Hacıbəylinin təlaş içindəki zənglərini heyrət doğurur:

G. Salam, Bill!

B. Bəli, Sizi eşidirəm.

G. Mən Sizə yaza bilmirdim, çünki bu ətrafda bütün internet kəsilib. Əli Kərimli evini tərk edib 100 metr irəliləyən kimi saxlanılıb.

B. Biz onun saxlandığını bilirik.

G. Həmçinin onlar Milli Şuranın üzvlərindən Tofiq Yaqublu və Vahid Məhərrəmlini də saxlayıblar.

B. Mən özüm də şəhərdəyəm. Burda qarışıqlıqdır. Məlumatı yenilədiyiniz üşçün çox sağ olun Bilirəm ki, işiniz çoxdur. Amma internet açılanda mənə mitinq zamanı saxlanılan insanlar, onların sayı, kimliyi və harada olması barədə məlumat versəniz şad olaram.

G. Son hadisələr barədə informasiya əldə etməyə cəhd edəcəm və Sizi məlumatlandıracam.

B. Təşəkkür edirəm.

G. Sağ olun.

Gültəkin Hacıbəylinin məxfi telefon danışıqlarının coğrafiyası genişdir. O Avropa İttifaqının siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidislə də əlaqə saxlayır.

G.Onu Nəsimidə saxlayırlar. Biz çox narahatıq. Ora təcili tibbi yardım çağırıblar. Ola bilər ki saxlanılanda xəsarət alıb. Ona görə ki, onu çox pis götürüblər. Zorla və kobud şəkildə. Bəli, mən sizdən xahiş edirəm. Sizə çox inanıram. Zəng vuracam. Onlar hər şeyi söndürüblər. Ona görə ki, mən BBC ilə birbaşa efirə çıxmalıydım. Belə danışmışdıq. Sizin də telefonlarınızı söndürüblər? Mənim 15 yaşlı oğlumun da telefonunu söndürüblər. Ev telefonumu da söndürüblər. Polisə ümumilikdə 500-ə yaxın adam aparıblar. Hə, 500. Sonra onları hissə-hissə buraxıblar. İndi məncə 100-dən çox adam qalır orda. Biz Əli Kərimlidən narahatıq.

Həmin sensasion səs yazılarının proqramdan çıxarışını təqdim edirik:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ayxan Abbasov: "Oyundan oyuna daha yaxşı oluruq, ancaq qələbə lazım idi"

SONRAKI XƏBƏR

"Fənərbağça" səfərdən 3 xalla döndü