Türkiyədən ABŞ-a: Vaxt tamamlanır, saat 22:00-da...

120 saatlıq fasilə istədilər, “buyurun” dedik. Əgər vaxt tamamlandığında verilən sözləri yerinə yetirilərsə, demək ki, “Sülh çeşməsi” əməliyyatı məqsədinə çatıb. Əks halda, qaldığımız yerdə daha qətiyyətli şəkildə davam edərik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib.

“Prezidentimiz açıqladı. 22:00-da vaxt tamamlanır. Verilən sözlər yerinə yetirilməzsə, hərəkat davam edəcək. Bütün dünyaya elan etmişik. Türkiyənin güclü olması demək, regionda və dünyada sülhün güclənməsi, məzlumlarının ağrı-acılarının sona çatması deməkdir”, - deyə dövlət rəsmisi bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Özbəkistan qızıl ixracını artırır

SONRAKI XƏBƏR

Ermənistan Polisində ciddi kadr dəyişiklikləri gedir - Osipyanın kadrları uzaqlaşdırılır