Bağlı qapılar arxasında: Qırıcı söhbətləri də gedir? V.Putinlə R.T.Ərdoğanın Soçi görüşü - VİDEO

Rusiyanın Soçi Şəhərində keçirilən Rusiya Prezidenti Vladimir Putin və Turkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə Yaxın Şərqdə hazırki durum, yaranmış sitiuasiyadan çıxış və regionun sabitliyi məsələləri müzakirə olundu.

Prezidentlərin təkbətək və iki saatdan çox çəkən görüşündən sonra liderlər müzakirələri geniş formatda davam etdirdi. Bütün dünyanın marağında olan bu görüşü politoloqlar bölgə üçün sabitliyə nail olunması baxımından vacib sayır:

"Əgər Türkiyə 30 km-lik təhlükəsizlik zolağına girsə, böyük ehtimalla bu ərazidə Suriya ilə qarşı-qarşıya gələcək. Çünki bu 30 kilometirlik Təlükəsizlik zolağında ərazilər var ki, Suriya Ərəb ölkəsinin nəzarətindədir. Və bu ərazidə rəsmi olaraq Suriyanın hərbi birləşmələri yerləşir. Onların təhlükəsizliyini təmin etmək lazımdır. Bu həm də birbaşa yaxın ərazilərə də aiddir. Belə deyək, Amerikalıların geri çəkilməsindən sonra bu məsələlər ətrafında Moskva və Ankara müzakirə aparıb anlaşmalıdır."

Politoloq iki liderin görüşü çərçivəsində razılığa gələcəyini bildirərək vurğuladı ki, bu problemin məsuliyyətini Həm Türkiyə həm də Rusiya yaxşı başa düşür.

"R.T.Ərdoğan və Rusiya prezidenti Vladimir Putin üçün məhz hərbi-siyasi məsələləri müzakirə etmək üçün görüşmək çox lazım idi. Hərbi qarşıdurmaların qarşısını almaq üçün. Qeyd edim ki, ölkənin Şimal-Şərqində Rusiya hava qüvvələri uçuşlar həyata keçirmir. Orada koalisya hərbi hava qüvvələridi və razılıq əsasında Türkiyə hərbi qüvvələri əraziyə girdi. Bir an təsəvvür edək ki, Suriya ilə Türkiyə hava qüvvələri toqquşur. Bu hərtərəfli bir müharibə deməkdir. Həm də Rusiya Suriya hərbi hava qüvvələrini dəstəkləyir. Bu çox çiddi nəticələrə gətirib çıxara bilər. Ona görə də prosesi razılaşdırmaq lazımdır ki, toqquşmalar baş verməsin və reqionda müharibə olmasın. Əgər qarşıdurmalar başlasa bu, bütün yaxın şərqi bürüyəcək. Burada İsrail, Səudiyyə Ərəbistanı, İran olacaq, hər kəs iştirak edəcək. Bəzi xırda məqamlarda sərhədlərin keçilməsində, Postların qorunmasında ayrıseçkilik olsa da, ümumilikdə, bütün razılaşmalara əməl olunacaq."

Nəzərinizə çatdıraq ki, Rusiya Türkiyə liderlərinin görüşündə əsas məqsəd Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı müzakirə aparmaq və regiondakı ölkələr üçün münasib həll yolu tapmaqdır.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

İran Cüdo Federasiyası bütün yarışlardan kənarlaşdırılıb

SONRAKI XƏBƏR

Sənin başqa dərdin yoxdur, qardaş? - Qılıçdaroğlu Ərdoğana səsləndi