3 milyard dolları olan Tramp: 30 illik ipotekalı malikanəsi və itirdiyi qazanc

3 milyard dolları olan Tramp: 30 illik ipotekalı malikanəsi və itirdiyi qazanc

ABŞ Prezidenti Donald Tramp 2-5 milyard dollar itirib.

Belə ki, o, bu illər ərzində məhz prezidentlik fəıaliyyətinə görə bizneslə məşğul olmayıb və milyardlarla qazancdan məhrum olub.

Cebhe.info xəbər verir ki, bu barədə Reuters yazıb. Ancaq Prezident öz sözlərini sübut edəcək heç bir dəlil göstərməyib.

Trampın maliyyəsi barədə o qədər də dəqiq məlumat yoxdur. Digər ABŞ prezidentlərindən fərqli olaraq, o, maliyyə bəyannaməsini dərc etməkdən imtna edib. “Forbes” yazır ki, onun sərvəti 3,1 milyard dollardır və bu rəqəm son illər ərzində dəyişməyib.

2018-ci ilin mayında isə bəlli olub ki, Tramp ipoteka götürüb. Vəsait Floridada 8 yataq otağı olan, ümumi dəyəri 18,5 milyon dollar qiymətləndirilən malikanə alıb. İpoteka müddəti 30 il, faizi isə 4,5-dir.
Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info