Prezident: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”

"Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir".


Demokrat.az xəbər verir ki, bu fikirləri dövlət başçısı İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirib.


Prezident qeyd edib ki, bu vəzifəni doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirib:
“Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən, infrastruktura və sosial infrastruktura böyük yükdür.
Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik”.

Demokrat.az

ƏVVƏLKİ XƏBƏR

“Miryusifə görə hədsiz sevinənlərdənəm” Aygün Kazımova

SONRAKI XƏBƏR

Google ilə Apple tərəfdaşlığı? – Google Photo iPhone-larda əlçatan oldu