Soçidə Afrika ilə əlaqələrin genişləndirilməsinə dair görüş keçirilir

Oktyabrın 23-də Afrikadan onlarla dövlət başçısı Rusiyanın Qara Dəniz sahilindəki Soçi kurortuna toplaşıb. Moskva Afrikada nüfuzunu gücləndirməyə çalışır.

İkigünlük Rusiya-Afrika sammitini Prezident Vladimir Putin misirli həmkarı Əbdel Fəttah al-Sisi ilə birlikdə açacaq. Al-Sisi hazırda Afrika Birliyinin rəhbəridir.

Kreml Afrikanın 54 dövlət, yaxud hökumət başçısından 43-nün tədbirdə iştirakını təsdiqlədiyini bildirib. Putin qitə liderləri ilə 13 ikitərəfli görüş planlaşdırıb.

Qərb ölkələri və Çin Afrikada çoxdan oturuşub. Rusiya və Hindistan kimi ölkələr də oraya daha çox diqqət artırmağa başlayıblar. Afrika innovasiya habı, əhali artımı, sürətlə artan istehlakçı bazarına görə getdikcə daha çox əhəmiyyət daşımağa başlayır.

Moskva sovet dönəmində Afrikada əsas oyunçu idi, amma 1991-ci ildə Sovet İttifaqı parçalanandan nüfuzu azalıb.

Bu arada, Çin son 20 ildə Afrikaya milyardlar axıdıb, hətta insan haqları ilə bağlı durumu ziddiyyətli ölkələrdə belə layihələri maliyyələşdirib, yerli sərvətə çıxış əldə edib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

15 günə arıqlayıb belə oldu - FOTO

SONRAKI XƏBƏR

Rusiyanın birinci kanalı azərbaycanlı aktyorların oynadığı tarixi serial çəkir