Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Ukraynada fəaliyyətə başlayıb

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Ukraynada fəaliyyətə başlayıb

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynada səfir kimi fəaliyyətə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, T.Şaraşenidze etimadnaməsini Ukrayna Prezidenti Vladmir Zelenskiyə təqdim edib.

Tərəflər iki ölkə arasında strtareji əlaqələri nəzərdən keçiriblər, beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığın davam etdirilməsi, Gürcüstan və Ukraynanın Avroatlantik inteqrasiyası istiqamətində birgə səylərin koordinasiya edilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə Ukraynanın GUAM təşkilatına sədrliyi və yüksək səviyyəli tədbirlərə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, T.Şaraşenidze 1996-cı ildən etibarən Gürcüstanın diplomatik orqanlarında fəaliyyət göstərir. 2011-218-ci illərdə o, Gürcüstanın Azərbaycandakı, 2004-2008-ci illərdə isə Bolqarıstandakı səfiri olub. Diplomat uzun illər Türkiyə və Bolqarıstanda Gürcüstanın baş konsulu vəzifəsini tutub.

T.Şaraşenidze bu ilin sentyabrında Gürcüstanın Ukraynaya səfir təyin olunub.

Mənbə: report.az