Ayətullah Sistani xarici qüvvələrin İraqdakı etiraz aksiyalarına təsiri barədə xəbərdarlıq edib

Ayətullah Sistani xarici qüvvələrin İraqdakı etiraz aksiyalarına təsiri barədə xəbərdarlıq edib

Sabiq dövrlərdə bəzi daxili və xarici qüvvələr İraqın üzləşdiyi vəziyyətlə bağlı çox mənfi rola malik olublar...

"Sabiq dövrlərdə bəzi daxili və xarici qüvvələr İraqın üzləşdiyi vəziyyətlə bağlı çox mənfi rola malik olublar. Həmin qüvvələr indi də ölkədəki etiraz aksiyalarından sui-istifadə edə bilərlər. Etiraz aksiyalarında iştirak edənlər ehtiyatlı olmalıdırlar ki, aksiyaları bu qüvvələrin sui-istifadə obyektinə çevrilməsin."

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ayətullah Sistaninin rəsmi nümayəndəsi Şeyx Əhməd əs-Safi bu gün Kərbəlada cümə namazı xütbəsində deyib.

Şeyx Əhməd əs-Safi Ayətullah Sistaninin dəftərxanasının eiraz aksiyaları və iğtişaşlarla bağlı bəyanatını oxyub.

Bəyanatda bildirilib ki, ölkənin dini mərcəiyyəti xarici və daxili qüvvələrin aksiyalara mənfi təsiri və bu aksiyalardan sui-istifadə etmələri haqda xəbərdarlıq edir.

Bəyanatda həmçinin əlavə edilib ki, dinc aksiya keçirmək hər bir vətəndaşın haqqıdır və onlara qarşı zorakılıq həyata keçirilməməlidir. Ayətullah Sistanini dəftərxanası aksiyaçılara qarşı atəş açmaq, onlara qarşı zorakılığa əl atmaq və təhlükəsizliyin təmin edilməsi məsələsində ölkənin təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdığını bildirib.

Əlavə edilib ki, dövlət vəd edilmiş islahat addımları üçün fürsətdən istifadə etməlidir.

Mənbə: www.interaztv.com