Qazaxıstan-Türkiyə müdafiə sənayesi əməkdaşlığı müzakirə edilib

Qazaxıstan-Türkiyə müdafiə sənayesi əməkdaşlığı müzakirə edilib

Ordu.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, tərəflər bir sıra ticari və gələcək ikitərəfli müdafiə sahəsində əməkdaşlıq, o cümlədən investisiya, qarşılıqlı təchizat və hərbi məhsulların birgə istehsalı məsələlərini müzakirə ediblər.

Qazaxıstanın ASELSAN Mühəndislik Zavodunda hərbi rabitə vasitələrinin birgə istehsalının yaradılması, Qazaxıstanın döyüş sursatı fabrikinin işə salınmasına yardım etmək, Qazaxıstan Aviasiya Sənayesi müəssisəsində pilotsuz uçuş aparatlarının yığılması layihələrinə baxılması barədə razılıq əldə edilib.

Zirehli maşınlar, aviasiya və dəniz maşınları üzrə də əməkdaşlıq nəzərdən keçirilib.

Sevinc Əliyeva

Mənbə: ordu.az