Pentaqon rəsmisi: “Cənubi Koreya-ABŞ hava təlimləri bu ay əvvəlkilərdən daha kiçik miqyasda olacaq”

Pentaqon rəsmisi: “Cənubi Koreya-ABŞ hava təlimləri bu ay əvvəlkilərdən daha kiçik miqyasda olacaq”

“Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində diplomatik səyləri dəstəkləmək üçün noyabr ayında başlayacaq hava təlimləri əvvəlki illərə nisbətən daha kiçikmiqyasda aparılacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Baş Qərargah rəisinin müavini Uilyam Birne bildirib.

O, təlimlərdə iştirak edəcək heyət və ya təyyarələrin sayını açıqlamayıb.

Sevinc Əliyeva

Mənbə: ordu.az