Pompeo: NATO-nu dəyişdirməsək...

Pompeo: NATO-nu dəyişdirməsək...

ABŞ XİN naziri Mayk Pompeo, Almaniyada Berlin divarının sökülməsnin 30-cu il dönümündə etdiyi çıxışında Şimali Atlantika Alyansının təsirsiz bir təşkilata çevrilməsinin qarşısını almaq və təşkilatı dəyişdirməyin zəruri olduğu xəbərdarlığını etdi.

Fransa prezidenti Emmanuel Makronun NATO-nun beyin ölümünün baş verdiyinə dair fikirlərinə paralel olaraq Pompeo da NATO-nun inkişaf etməsi və dəyişməsinin zəruri olması barədə danışıb. Əgər bunlar edilməsə ittifaqın dağılmaq təhlükəsi ilə üz-üzə qalacağını bildirib. Həmçinin nitqində ABŞ və Almaniya münasibətlərinə də toxunan Pompeo, xüsusilə Çin və Rusiyaya xəbərdarlıq edib. O Çin, Rusiya, İran kimi ölkələrdən gələn təhdidləri Qərbin azad dövlətlərinin ləğv etməli olduğunu deyib.
Pompeo hal-hazırda tikintisi davam edən və Rusiyadan Almaniyaya uzanan “Şimal Axını” qaz xətti ilə Avropadanın enerji təlabatının ödənilməsinin tamamən Rusiya prezidenti Vladimir Putinin əlinə keçdiyini bildirdi.
Muxalifet.az

Mənbə: muxalifet.az