Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib

Brüsseldə Avropa Azərbaycanlıları Konqresinin iclası keçirilib

Brüssel, 8 noyabr, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresinin (AAK) 15 illik yubileyi ilə əlaqədar tədbirlər planına əsasən qurumun Brüsseldəki mənzil-qərargahında İdarə Heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, AAK-nın İdarə Heyəti və Mərkəzi Şurası üzvlərinin iştirakı ilə keçirilən iclasda Konqresin Nizamnaməsinə uyğun olaraq bəzi struktur dəyişiklikləri aparılıb.

Rövşən Tağıyev yekdilliklə Avropa Azərbaycanlıları Konqresinin birinci-vitse prezidenti seçilib.

Səsvermənin nəticələrinə görə, İlham İsmayılov qurumun vitse-prezidenti seçilib.

Azəri-Türk Qadınlar Birliyinin sədri, AAK Mərkəzi Şurasının üzvü Tənzilə Rüstəmxanlı təşkilatın İdarə Heyətinin üzvü seçilib.

İdarə Heyətinin digər qərarı ilə İsraildə beynəlxalq münasibətlər üzrə siyasi ekspert Arye Qut, İspaniyanın Kataloniya bölgəsindən olan tanınmış hüquqşünas Xaviyer Medina Ortiz, Lüksemburq Deputatlar Palatasının sabiq üzvü Cak-Iv Henkes Avropa Azərbaycanlıları Konqresinin prezidentinin strateji məsələlər üzrə müşavirləri seçiliblər.

Jurnalist Vüqar Seyidov AAK prezidentinin media üzrə, jurnalist Toğrul Allahverdili isə MDB ölkələri üzrə məsləhətçiləri seçiliblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Mənbə: azertag.az