“Hazırlığımızı görüb düyməyə basmalıyıq: Başqa alternativ yoxdur”

“Hazırlığımızı görüb düyməyə basmalıyıq: Başqa alternativ yoxdur”

Elxan Şahinoğlu: “Ermənilərə elə bir təzyiq göstərilməlidir ki, düşmənin bizimlə razılaşmaqdan başqa yolu qalmasın”

Türkiyənin Suriya ərazisindəapardığı uğulu anti-terror əməliyaytları bəzi dövlətlərdə, xüsusilə işğalçı Ermənistandaciddi narahatlıqla qarşılanmaqdadır. Əksər erməni siyasətçiləri hesab edir ki,türk ordusunun anti-terror əməliyyatını uğurla başa vurması Azərbaycanı daQarabağ məsələsində hərəkətə gətirə, onun üçün mənəvi-psixoloji stimul ola bilər.

Moderator.az-a açıqlamaverən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, TürkiyəninSuriyada həyata keçirdiyi anti-terror əməliyaytının elə ilk gündən Azərbaycandaböyük ruh yüksəkliyinə səbəb olduğuna diqqət çəkdi:

“Ermənilər bu məsələdəartıq gecikib. Türkiyə Suriyada anti-terror əməliyyatına başlayanda, elə ilkgündən Azərbaycanda böyük ruh yüksəkliyi yaranmışdı. Biz də haqlı olaraq müəyyənparalellər aparırdıq. Vurğulayırdıq ki, əgər qardaş ölkə başqa bir ölkənin ərazisindəterrorizmə qarşı mübarizə aparırsa, Azərbaycan da öz torpaqlarında terrorizmə,separatizmə qarşı mübarizə aparmaq hüququnu özündə saxlayır. Indi də bu ruhyüksəkliyi qalır. Çünki Türkiyə Suriyadan çıxmadı. Sadəcə, ABŞ və Rusiya ilə müəyyənrazılaşmalar oldu. Türkiyə bu gün də Suriyada önəmli rol oynayır. Bu baxımdanermənilərin narahatlığı anlaşılandır.

Hadisələrin gedişatı göstərirki, danışıqlar nəticə vermir və verməyəcək. Minsk qrupu həmsədrlərinin turistik səfərləri danışıqları yerindən tərpətmir.Ermənistanda dəyişən hakimiyyətlər də bu yöndə heç bir adım atmayacaq. Yeganəalternativ yol hərbi təzyiqi artıqmaqdır. Hərbi büdcənin imkanlarını, hərbibüdcəni artırmaq vacibdir. Elə etmək lazımdır ki, bir gün biz də qərarımızıverib Qarabağın azadlığı uğrunda konkret addımlar ata bilək.

Elə etmək lazımdır ki, budəfə proses 2016-cı ilin aprelində olduğu kimi yekunlaşmasın. Həmin döyüşlərzamanı hərbi əməliyyatlar cəmi 4 gün davam etdi və sonra Azərbaycan prosesidayandırdı. Elə etməliyik ki, bu dəfə kimlərsə bizə təzyiq edib hərbi əməliyyatlarıdayandırmasın. Düşmənə elə bir təzyiq olmaldır ki, ermənilər özləri problemi mərhələlişəkildə həll etməyə tərəfdar odluqlarını dilə gətirsinlər. Biz o günə qədər özhazırlıqlarımızı görməliyik. Bir gün bu hazırlığa əsasən düyməyə basmalıyıq. Çünkibaşqa alternativ yoxdur”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az