Tramp 2 milyon dollar cərimələndi

Nyu York ştatının Ali məhkəməsi ABŞ Prezidenti Donald Trampın 2 milyon dollar təzminat ödəməli olduğu barədə hökm çıxarıb

Trend-in məlumatına görə, bu qərar 2016-cı il prezident seçkiləri ərəfəsində “Trump Foundation” fondunun seçki kampaniyasına vəsait köçürməsi ilə bağlıdır.

Yekunda həmin vəsait müharibə veteranlarına yardım fonduna keçirilsə də, seçki kampaniyasına Tramp fondu tərəfindən yardım edilməsi qanunsuz hesab olunub.

D.Tramp məhkəmənin qərarı ilə razı olmadığını bildirsə də, həmin vəsaiti məmnuniyyətlə xeyriyyə məqsədləri üçün ödəyəcəyini deyib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Cümhuriyyət düşmənlərinin adını Bakıda kimlər yaşadır? - İnanılmaz ADLAR

SONRAKI XƏBƏR

İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər