Erməni KİV-ləri: “Rus himayədarlığı olmadan bu səhvi düzəltmək bir neçə gün məsələsidir”

Erməni KİV-ləri: “Rus himayədarlığı olmadan bu səhvi düzəltmək bir neçə gün məsələsidir”

O, öz çıxışda qeyd edib ki, baş verən, ümumi mənada neoliberalizm və qlobalizasiya ideoloji tərifləri altında qiymətləndirilə bilən bütün proseslər əslində böyük bir proqramın komponentləridir. Belə ki, bu komponentlər Cənubi Qafqazda, yəni Rusiyanın cənub qapılarında yeni anti-rus ocağı yaratmaq niyyəti daşıyır.

“Bu, Ermənistan üçün olduqca ciddi təhlükədir, çünki Gürcüstan və Ukrayna nümunələri gözümüzün önündədir. Ukrayna eyni yolla getdi və Krımı, Donbası itirdi. Gürcüstan isə Cənubi Osetiya və Abxaziyanı itirdi.

İndi Ermənistan nə itirəcək? Birmənalı olaraq Qarabağı. Bəzi rus ekspertlər artıq açıq şəkildə bildirir ki, rus bazası Ermənistandan çıxarılsa və rus himayədarlığı Ermənistan üçün dayandırılsa, Ermənistan Qarabağsız qalacaq”, - deyə erməni KİV-lərindən biri Balasanyanın açıqlamalarına aydınlıq gətirməyə çalışıb.

Nəşrlərdən biri isə erməni cəmiyyətinə xatırlatmalar edir: “Xatırlayın ki, biz Türkiyə üçün təcavüzkar və qardaş ölkə ərazisinin bir hissəsini işğal etmiş ölkə hesab edilirik. Bu səhvi düzəltmək üçün Türkiyəyə rus bazası mane olur. Öz hərbi qüvvəsinə görə NATO-nun liderləri sırasında olan bir ölkə üçün rus himayədarlığı olmadan bu səhvi düzəltmək bir neçə gün məsələsidir”.

Alpər Mövludoğlu

Mənbə: ordu.az