Rusiya bu səbəbə görə Avropada liderdir

“Mystery Shopping” texnologiyaları xidməti üzrə Provayderlər Assosiasiyasının mütəxəssisləri keçirdikləri tədqiqatlardan sonra belə bir qənaətə gəliblər.

News24.az insanların daha çox hansı ölkədə növbələrdə dayanmasını ayırd etmək üçün “gizli müştərilər” Avropanın 18 ölkəsində təsərrüfat mağazalarına, banklara, poçt şöbələrinə və apteklərə yollanıblar.

Nəticədə Rusiya əhalinin növbələrdə itirdiyi vaxta görə birinci yeri tutub. Orta hesabla rusiyalılar növbədə 27 dəqiqə gözləməli olurlar. Növbələrin uzunluğuna görə ikinci yeri İtaliya tutur. Vaxta ən çox isveçlilər qənaət edirlər. Onlar növbələrdə orta hesabla 2 dəqiqə vaxt itirdiklərindən, demək olar ki, növbələri hiss etmirlər.

News24.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə yenidən hərəkətə keçdi: gələn həftədən etibarən başlayır

SONRAKI XƏBƏR

Mayk Pompeo: "Dünya Rusiya və Çinin təhdidlərindən qorunmalıdır"