Mayk Pompeo: "Dünya Rusiya və Çinin təhdidlərindən qorunmalıdır"

Mayk Pompeo: "Dünya Rusiya və Çinin təhdidlərindən qorunmalıdır"

ABŞ dövlət katibi deyib ki, Berlin divarının sökülməsindən 30 il sonra Vaşinqton və onun müttəfiqləri hələ də kommunizm ünsürlərinə müqavimət göstərməkdədir. Mayk Pompeo dünyanın Rusiya və Çinin təhdidlərindən müdafiə edilməsinə ehtiyac olduğunu vurğulayıb.

Rusiya qonşularını işğal edir, siyasi opponentləri qətlə yetirir, pols reydləri təşkil edir, Rusiyanın təcavüzkarlığına etiraz edən Krım tatarları və ukranalılara işgəncə verir

Berlinin məşhur Brandenburq Darvazası yaxınlığında çıxış edən dövlət katibi deyib ki, Rusiya qonşularını işğal edir, siyasi opponentləri qətlə yetirir, pols reydləri təşkil edir, Rusiyanın təcavüzkarlığına etiraz edən Krım tatarları və ukranalılara işgəncə verir.

ABŞ diplomatı çıxışı zamanı Pekinə də toxunub.

“Çinin Kommunist Partiyası avtoritarizmin yeni quruluşunu formalaşdırıb. Partiya Çin xalqına respessiyalar tətbiq edir. Tənqidçilərini susdrur. Çinin müsəlman icmasını təzyiqlərə məruz qoyur” - deyə, Pompeo bildirib.

Çinin xarici işlər naziri Pompeonun şərhini tənqid edib.

"Pompeo ideoloji xurafat və soyuq müharibə düşüncəsi ilə dolu qondarma Çin təhdidlərini önə çəkərək, Çinin siyasi sisteminə hücum edib. Çin hökuməti buna ciddi narazılığını və qətiyyətli müxalifətini ifadə edir” - deyə, sözçü genq Şuanq bildirib.

Pompeo Berlin divarının sökülməsinin 30-cu ildönümü münasibəti ilə Almaniyadadır.

1989-cu ilin noyabr ayının 9-da divarın sökülməsi ilə Berlinin parçalanmasına son qoyulmuşdu.

Mənbə: www.amerikaninsesi.org