Mədət Quliyev növbəti dəfə oğul atası oldu

Milli qəhrəman, Müdafiə Sənayesi naziri Mədət Quliyev növbəti dəfə ata olub.

Open.az xəbər verir ki, bu barədə aparıcı Leyla Mustafayeva sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, M. Quliyevin həyat yoldaşı Zəhra Quliyeva bu gün ana olub. Cütlüyün oğlu dünyaya gəlib. Uşağa Qəzənfər adı qoyulub.

Qeyd edək ki, Mədət Quliyevin ilk həyat yoldaşından olan nikahdan Murad adında bir oğul və Xədicə adında bir qızı var.

Open.az

ƏVVƏLKİ XƏBƏR

Oqtay Güləliyevə Türkiyədə qoyulan DƏHŞƏTLİ DİAQNOZ

SONRAKI XƏBƏR

Bələdiyyə seçkiləri ilə əlaqədar seçiciyə səsvermə vəsiqəsinin verilməsinə başlanılıb