Bursada azərbaycanlı tələbələr “Bayraq günü” münasibəti ilə flaşmob keçirib

Türkiyədə 9 Noyabr Azərbaycanın Bayraq Günü münasibəti ilə Bursa Uludağ Universitetində (BUÜ) təhsil alan azərbaycanlı tələbələr fləşmob keçiriblər.

“Report”un Türkiyə bürosu xəbər verir ki, Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin üzvü olan tələbələr Bursa Uludağ Üniversitetinin Mediko Meydanına qədər Azərbaycan bayraqları ilə uzun məsafəni qəth etdikdən sonra, dövlət himnini səsləndirib, səs effektləri ilə maraqlı fiqurlar reallaşdırıblar.

Yüzlərlə tələbənin iştirak etdiyi flaşmob göz oxşayan görüntülərlə yadda qalıb. “Bayraq günü” münasibəti ilə təşkil edilən flaşmobdan sonra Azərbaycanın milli musiqilərindən ibarət rəqs kompoziyası təşkil olunub.

Vüsalə Abbasova

Report.az

ƏVVƏLKİ XƏBƏR

BDU tələbələri 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar yürüş ediblər (FOTO)

SONRAKI XƏBƏR

İranda baş vermiş zəlzələdə 300 nəfərədək insan xəsarət alıb