İranda siyasi münasibətlər gərginləşə bilər: Xameneiyə qarşı olanlar var

İranda siyasi münasibətlər gərginləşə bilər: Xameneiyə qarşı olanlar var

İranda növbəti parlament seçkiləri gələn ilin fevral ayının 21-də keçiriləcək. Bu barədə İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. O, seçki məntəqəsinin açılışında bildirib ki, dekabr ayının 1-dən seçkilərdə iştirak etmək istəyən namizədlərin qeydiyyatına başlanılacaq.

İran parlamentində Güney Azərbaycan türklərinin çoxluqla təmsil olunması zaman-zaman müzakirə edilən mövzulardandır. Növbəti parlament seçkilərində də soydaşlarımızın çoxluq təşik edib-etməyəcəyi diqqət mərkəzindədir.

Politoloq Azər Rəşioğlu Sherg.az-a açıqlamasında bildirib ki, İranda seçkilərdə hansı qüvvənin qalib gələcəyinin böyük önəmi yoxdur:

“Bu, sistemdaxili mübarizədir və nə İranın gələcəyinə, nə də ki soydaşlarımızın vəziyyətinə təsir edə bilər. Orada ali dini liderə Xameneiyə qarşı çıxış edənlər var. Bütün bu qruplaşmlar nə İran İslam Respublikasının dəyişməsini arzulayırlar, nə də azərbaycanlıların hüququnun qorunmasını. Odur ki, İrandakı parlament seçkilərinə böyük önəm vermirəm. Bu, sadəcə siyasi münasibətləri gərginləşdirə bilər. Başqa heç bir önəmli prosesə səbəb ola bilməz”.

Mənbə: sherg.az