ABŞ mediası Ərdoğanın səfərindən nələr yazdı…

ABŞ mediası Ərdoğanın səfərindən nələr yazdı…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri ABŞ mətbuatında geniş müzakirə olunub.

Axar.az xəbər verir ki, görüşlə bağlı hazırlanan xəbərdə Trampın Ərdoğana dediyi “Onun böyük pərəstişkarıyam” sözlərini xatırladan CNN nəşri parlamentarilərin sözügedən görüşdə “gözlədikləri qarşılamanın bu olmadığını” qeyd edib.

CNN-in Ağ Ev müxbiri Kevin Liptakın yazdığı xəbərdə ABŞ Prezidentinin “güclü liderlərə” göstərdiyi yaxınlığa dair nümunələrə də yer verilib. Yazıda ən diqqət çəkən ifadə isə belədir:

“Trampdan heç bir lider Ərdoğan qədər istədiyini ala bilmədi”.

Mənbə: axar.az