Ərdoğanın ABŞ-a səfəri nələrlə yadda qaldı? –YENİ SƏHİFƏ AÇMAQ SƏYLƏRİ

Ərdoğanın ABŞ-a səfəri nələrlə yadda qaldı? –YENİ SƏHİFƏ AÇMAQ SƏYLƏRİ

“Euronews”, 14.11.2019

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri çərçivəsində mühüm görüşlər keçirib. İki liderin Ağ Evdə təkbətək görüşü 1 saat 15 dəqiqə davam edib.

İki lider təkbətək və nümayəndə heyətləri arasındakı görüşlərdən sonra Oval Ofisdə bir araya gəlib. Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Tramp dialoqun nəticəli olduğunu və Ərdoğan iki ölkə arasındakı münasibətlərdə yeni bir fəsil açmağa qərarlı olduqlarını söyləyib.

Beləliklə…

İki lider arasındakı zirvə görüşü 1 saat 15 dəqiqədən sonra başa çatıb.

Tramp respublikaçı senatorları da Ərdoğanla görüşə dəvət edib.

Trampın Ağ Evdə Ərdoğanla görüşü Türkiyə saatı ilə 20.00-da reallaşıb.

Tioplantının gündəliyinə Suriyada təhlükəsiz bölgə və qaçqınların öz ərazilərinə qayıtmaları, “S-400” və “F-35” məsələləri daxil edilib.

Ərdoğan ikigünlük səfəri zamanı Amerika Dini Mərkəzində Türkiyə vətəndaşlarına, türk əsilli amerikalılara və müsəlman icmasının nümayəndələrinə müraciət edəcək.

MHP başqanı Dövlət Bahçeli prezident Ərdoğanın ABŞ səfəri ilə əlaqədar olaraq deyib ki, “tarixi səfəri müzakirəyə çıxarmaq, arxaca deyilən fikirlərlə nəticə iddia etmək – Türkiyəyə haqsızlıqdır”.

 

Prezident Ərdoğan: “Yeni bir səhifə açmaqda qərarlıyıq”

Birgə mətbuat konfransında Trampdan sonra danışan prezident Ərdoğan münasibətlərdə yeni bir fəsil açmaq əzmində olduqlarını söyləyib.

Nümayəndələr Palatasındakı “erməni soyqırımı” qərarını tənqid edən Ərdoğan narahatlığını prezident Trampa çatdırıb. Ərdoğan İŞİD-lə mübarizədə tutulan şübhəlilərin son sayını bildirib və mənbə ölkələrin xarici döyüşçüləri geri almasının vacibliyini vurğulayıb. Suriyalı qaçqınlara 40 milyard dollar xərcləndiyini vurğulayan Ərdoğan Aİ-nin Türkiyə QHT-lərinə cəmi 3 milyard avro vəsait köçürdüyünü açıqlayıb.

Ərdoğan mətbuat konfransında “FETÖ-nün ABŞ-dakı mövcudluğuna son qoyulması üçün tələblərimizi və gözləntilərimizi bir daha vurğulayırıq”, – deyib.

Mətbuat konfransının sonunda jurnalistlərin suallarını cavablandıran Ərdoğan Trampın məktublarını ona qaytardığını söyləyib.

 

Görüşdən sonra Tramp: ““S-400” probleminin həll olunacağına ümid edirik”

Prezident Tramp Serkan Gölgenin sərbəst buraxılması üçün Ərdoğana təşəkkür edib. Tramp Türkiyənin NATO-nun əhəmiyyətli bir üzvü olduğunu bildirib. Məhsuldar bir toplantı reallaşdırdığını deyən Tramp Suriya mövzusunu müzakirə etdiklərini və Pensin Türkiyəyə etdiyi səfəri xatırladıb.

Tramp Ərdoğanın böyük fanatı olduğunu və Suriyadakı atəşkəsin işlədiyini vurğulayıb. Türkiyənin NATO üçün üzərinə düşəni etdiyini deməklə, Tramp iki ölkə arasındakı hərbi əməkdaşlığı xatırladıb. Prezident Tramp “S-400” məsələsinin iki ölkə arasındakı münasibətlərdə problem olduğunu vurğulayıb, ancaq bunun tezliklə həll olunacağına ümid etdiyini bildirib. Tramp, Türkiyə və Amerika rəsmilərinin “F-35” məsələsinin həlli üçün gərgin iş gördüyünü söyləyib.

Mətbuat konfransının sonunda Tramp jurnalist Hilal Kaplanın “Bu görüşdən sonra YPG lideri Məzlum Kobanini Ağ Evə dəvət etməyi düşünürsünüz” sualına “Müxbir olduğunuza əminsiniz? Türkiyə hökuməti üçün çalışırsız, deyilmi?” cavabını verib.

Tramp daha sonra Məzlum Kobani ilə yaxşı bir telefon söhbəti etdiyini təkrarlayıb.

 

Makronun “NATO-nun beyin ölümü” açıqlamasına təpki

ABŞ prezidenti Tramp prezident Ərdoğanın Fransa prezidenti Makronun “’NATO-da beyin ölümü baş verib” açıqlamasıma görə məyus olduğu açıqlayıb.

Tramp: Avropa qaçqınlar üçün məsuliyyəti öz üzərinə götürməlidir

Tramp xüsusən Türkiyənin 4 milyon qaçqına ev sahibliyi etdiyini, Avropanın artıq qaçqınlar mövzusunda məsuliyyəti üzərinə götürməli olduğunu bildirilib.

O, Türkiyəyə qaçqınlara ev sahibliyi etdiyi üçün bir daha təşəkkür edib.

Ərdoğandan Trampa: “Kürd dediyinmiz terorçu YPG-dir”

Ərdoğan Trampla təkbətək və heyətlər arasında baş tutan görüşlərdən sonra bəzi senatorlarla Oval Ofisdə görüşüb.

Bir senatorun sualına cavabda Ərdoğan deyib: “Kürdlər eyni zamanda mənim vətəndaşlarımdır. Ölkəm ən çox kürdün yaşadığı ölkədir. Hazırda partiyamın parlamentdə təxminən 50 kürd millət vəkili var. Digərlərində isə belə bir şey yoxdur. Xüsusilə Cənub-Şərqi və Şərqi Anadolu bölgəsində ən ciddi siyasi partiya quruluşu yaradan partiyamdır. O yerlərdə ciddi investisiya qoyduğumuzu görə bilərsiniz”.

Prezident Ərdoğan ABŞ prezidenti Trampa “Kürdlər olaraq istinad etdiyiniz PYD / YPG terror təşkilatlarıdır, bunlar PKK-nın köməkçiləridir”, – deyib. Ərdoğan əlavəedib: “Ferhat Abdi Şahin (Məzlum Kobani) əslində, Apo adlı terror təşkilatı rəhbərinin mənəvi övladıdır.” .

Ərdoğan xüsusən “6 aydan 2 ilədək etibarlı bölgədə 1 milyon qaçqını yerləşdirə bilərik. 1 milyon da Raqqa və Deyrzor bölgəsində məskunlaşa bilər” ifadəsini işlədib.

Tramp: “F-35”-i müzakirə edirik”

ABŞ prezidenti Tramp prezident Ərdoğan və senatorların “F-35” satışını müzakirə etdiklərini söyləyib. Tramp bir həll tapılacağını söyləyib.

Maliyyə naziri Berat Albayrak Ağ Ev sammitinin səmərəli keçdiyini söyləyib.

Tərcümə: Strateq.az

Mənbə: strateq.az