Ermənistanda bələdiyyə sədri əsgərlərə yardımı mənimsəməkdə ittiham edilir

Ermənistanda bələdiyyə sədri əsgərlərə yardımı mənimsəməkdə ittiham edilir

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş başçıya qarşı ehtiyat tədbiri kimi uzaqlaşmamaq haqqında imza çəkmək müəyyənləşdirilib.

Eyni zamanda İstintaq Komitəsinin məlumatına görə, Armen Sarkisyan dövlətə vurduğu ziyanı kompensasiya edib.

Xatırladaq ki, İrəvan şəhərinin Şenqavit inzibati rayonunun keçmiş başçısı Armen Sarkisyan rəsmi mövqeyindən sui-istifadə edərək bələdiyyənin müxtəlif əməkdaşları vasitəsilə inzibati rayonun iqtisadiyyatla məşğul olan müxtəlif şəxslərindən, həmçinin Rusiyada yaşayan şəxslərdən 2016-cı ilin Aprel döyüşləri iştirakçılarına maliyyə dəstəyi nümayiş etdirilməsi bəhanəsilə ümumilikdə 9900 dollar toplayıb.

Polisin verdiyi məlumata görə, Armen Sarkisyan Rusiyadan Ermənistana “Vaz 2121” markalı avtomobillər göndərib, bu avtomobillərdən birini Şenqavit inzibati rayonunun “Yerkrapah” hərbi təşkilatının ərazi sədrinə hədiyyə edib, digər ikisini isə öz sürücüsünün adına qeydiyyatdan keçirərək mənimsəmə yolu ilə oğurlayıb.

Şəxsi ehtiyaclar üçün istifadə olunan avtomobil inzibati rayonun keçmiş başçısının şəxsi evinin qarajında tapılıb.

Yeri gəlmişkən, keçmiş başçının dəbdəbəli malikanəsi ortaya çıxıb. Malikanə isə onun vəzifədə olduğu müddətdə tikilib.

Qeyd olunur ki, yaxın gələcəkdə hüquq-mühafizə orqanları keçmiş başçının bu malikanəni hansı vasitələrlə tikdiyini müəyyən edəcək.

Alpər Mövludoğlu

Mənbə: ordu.az