Keçmiş erməni deputat: “Paşinyanın hakimiyyəti altına bomba qoyulub”

Keçmiş erməni deputat: “Paşinyanın hakimiyyəti altına bomba qoyulub”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən Ermənistan parlamentinin keçmiş deputatı, ictimai-siyasi xadim Mihran Hakobyan bildirib.

Onun sözlərinə görə, Arsen Babayan ətrafında baş verənlər deyilənlərə misaldır.

Hakobyan qeyd edib ki, Babayanın işi Konstitusiya məhkəməsinin sədri ilə əlaqəlidir, bununla əlaqədar hakimiyyətin “kaprizləri” var.

“Onlar dərk edə bilmirlər ki, 1.5 il ərzində bir çox insan bu insanların aldatdıqlarını, yalan vədlər veriklərini, ümumiyyətlə olmayan hadisələr haqqında danışdıqlarını başa düşüb və həmin insanlar daha alqış etmirlər, artıq lağ edirlər”,- deyə Hakobyan bildirib.

Hakimiyyət tərəfindən korrupsiyaya qarşı həyata keçirilmiş mübarizəyə toxunan Hakobyan qeyd edib ki, Paşinyanın qardaşı oğlu, həyat yoldaşının qardaşı deputat seçildiyi, İrəvan şəhər bələdiyyə başçısını cinayət işi ilə vəzifədən çıxararaq qeyd edilən vəzifənin müvəqqəti əvəzedicisi Paşinyanın xaç atası təyin olunduğu halda, onun korrupsiyadan danışmağa hüququ yoxdur.

“Paşinyan hakimiyyətinin altına qoyulmuş böyük bomba var. İntellektual sahənin əhəmiyyətli hissəsi hakimiyyətdən gedib, necə görünür? Onlar oturacaqlar və nəsə bir şey etməyəcəklər? Peşəkar insanlar da dözmür, ərizə yazırlar, çıxırlar, buna görə də yeni ərizələr də gözləyin. Real inqilab olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az