Donald Tusk istefaya gedir - “Rusiya problemdir”

Donald Tusk istefaya gedir - “Rusiya problemdir”

“Rusiya Avropa Birliyinin strateji problemidir”.

Cebhe.info-nun məlumatına görə, Avropa İttifaqı Şurasının sədri Donald Tusk qeyd edilən açıqlama ilə çıxış edib.

Dekabr ayının əvvəlində Donald Tuskun sədrlik müddəti başa çatır. Beş illik fəaliyyətinin nəticələrinə dair Brüqqe Universitetinin tələbələri qarşısında çıxış edən D.Tusku həmin vəzifədə Belçikanın xarici işlər naziri Şarl Mişel əvəz edəcək. “Mən hər həftə ətrafımdakılara Rusiyanın bizm srtateji müttəfiqimiz deyil, strateji problemimiz olduğunu açıq şəkildə xatırlatmalı olurdum. Hətta məni bu mövzuya çox diqqət yetyirdiyimə görə bir ideyanın fanatiki adlandırırdılar. Nəticədə yanaşma özünü doğrultdu”-Tusk belə deyib.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info