“Qarabağ məsələsində romantizmə yer yoxdur”

“Qarabağ məsələsində romantizmə yer yoxdur”

“Qarabağ məsələsində romantizmə yer yoxdur və biz güclənməkdə davam etməliyik”.

Bunu Moderator.az-aaçıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert hesab edir ki, Ermənistanınhəyasız bəyanatları, işğal edilmiş torpaqları geri qaytarmaq istəməməsi Azərbaycanınhərbi baxımdan güclənməsini zəruri edir:

“Qarabağ məsələsində sərhədlərintoxunulmazlığı, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllibirinci yerdədir və bu məsələ müzakirə mövzusu ola bilməz. Xalqların öz müqəddəratınıtəyin etmək və s. kimi məsələlər yalnız bundan sonra öz həllini tapa bilər.

Hesab edirəm ki, bizQarabağ məsələsində öz qərarlılığımızı qouyub saxlamalı, güclənməkdə davam etməliyik.Azərbaycanda ordu quruculuğu prosesinin daha yüksək səviyyəyə çatdırılması, ordumuzun döyüş hazırlığının gücləndirilməsi,onun müasir texnika, silah-sursatla təchizatı məsələsinin yenə diqqət mərkəzindəsaxlanılmasına səy göstərməliyik. Biz problemin istənilən yolla həllinə hazırolmalıyıq. Çünki mövcud vəziyyət bizdən bunu tələb edir”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az