Ərdoğan: Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir

Ərdoğan: Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir

Türkiyə həm ABŞ, həm də Rusiya ilə dostluq əlaqələrini davam etdirmək istəyir və bunun üçün hər cür səy göstərir.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp, Türkiyə ilə ABŞ arasındakı mövcud problemlərin qarşılıqlı hörmət və milli maraqlar nəzərə alınmaqla həll edilməsini istəyir.

"Türkiyə ABŞ-dan "Patriot" hava hücumundan müdafiə sistemlərini almağa hazır olduğunu açıqladı. Ancaq Ankara S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasından imtinanı suveren hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir", Ərdoğan deyib.

Mənbə: www.interaztv.com