Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir

Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir

Tehran, 14 noyabr AZƏRTAC.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya dini liderlərinin Sammiti xalqların və dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük töhfədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İranın Mədəniyyət və İslam əlaqələri təşkilatının sədri Abuzər İbrahimi Türkman deyib. O bildirib ki, İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi ilə iki qonşu dövlət dost və qardaşa çevrilib. İran bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişlənməsində maraqlıdır. Bunu üçün mədəniyyət həftələrinin keçirilməsi, mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin təşkili zəruridir.

A.Türkman tədbirdə yüksək səviyyəli və nüfuzlu din xadimlərinin iştirak etdiyini vurğulayıb və diqqətə çatdırıb ki, İran Xəzəryanı ölkələrin mədəniyyət ittifaqını yaratmağı təklif edir. Onun sözlərinə görə, Xəzəryanı ölkələr ortaq mədəniyyətə malikdirlər. Ortaq mədəniyyətin nümayəndələrinin bir araya gəlməsi xalqların yaxınlaşmasına və qarşılıqlı münasibətlərin inkişafına böyük zəmin yaradar. Sammit çərçivəsində bu məsələnin də müzakirə olunacağını bildirən A.İ.Türkman deyib ki, həmişə olduğu kimi Azərbaycan bu beynəlxalq tədbiri də yüksək səviyyədə təşkil edib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az