AVROPANIN YENİ MƏDƏNİ İNQİLABA EHTİYACI VAR

AVROPANIN YENİ MƏDƏNİ İNQİLABA EHTİYACI VAR

1989-cu ildə Almaniya Demokratik Respublikasına (ADR) səfər edən Mixail Qorbaçov yerli liderləri hədələyərək bildirdi ki, onlar dəyişməsələr, tarixə qovuşacaqlar. Teatrlar və kilsələr real demokratiya platformalarına çevrildi. Rok-qruplar dəyişikliyə himn ifa edir, dövlət senzurasından qorxmamağa başladılar. Yarım milyon insan cəsarətini və optimizmini nümayiş etdirmək üçün Berlində Aleksanderplatsa çıxdı.

“Ümidli və əndişəli idim. Sonra Berlin divarı dağıldı. Bu, həyatımın dönüş nöqtəsi oldu. Onda bildim ki, qeyri-mümkün heç nə yoxdur, ümid qələbə qazandı. Avropa sülh şəraitində birləşə bilər. Növbəti 30 ildə Avropanın 6 müxtəlif ölkəsində yaşayan britaniya-alman ailəsinin əsl avropalı vətəndaşı oldum”, - 1989-cu ildə ADR-də tələbə olan, Avropa Mədəniyyət Fondunun direktoru Andre Vilkens “The Guardian” qəzetində yazır.

Müəllif qeyd edir ki, 2019-cu ildə ümid və əndişə duyğusu geri qayıdıb: “Qütbləşmənin yeni növü Avropa əməkdaşlığının nailiyyətlərini riskə atıb. Yolverilməz bərabərsizlik Avropa xalqları tablosunu məhv edir. Anlaşılmazlıq və inamsızlıq vətəndaşlarla elita arasında parçalanmaya səbəb olur”.

“1989-cu il inqilabından sonra tarixin sonuna dair təkəbbürlü bir hiss var idi. Kapitalizm və demokratiya hərəkətverici qüvvə idi. Başqa nə lazım idi? SSRİ imperiyasının iflası neoliberal kapitalizmin yüksəliş dövrünə təsadüf etmişdi, aqressiv özəlləşdirməyə və dövlət tənzimləmə mexanizminin məhdudlaşdırılmasına təkan vermişdi. Bu neoliberal “həblər” keçmiş kommunist ölkələrinə iqtisadi şok müalicəsinin bir forması kimi yazılmışdı. Bu da hər yerdə eyni cür təsir göstərmədi, cəmiyyətdə bərabərsizlik sıçrayışları ilə müşayiət olundu”, - məqalədə deyilir.

Ekspert qeyd edir ki, 2008-ci ilin maliyyə böhranı müharibədən sonrakı kapitalizm üçün “sıfır səviyyəsi” olub: “Ona xəbərdarlıq kimi baxmaq lazım idi: sistemin əsaslı təmirə ehtiyacı var. Qərbi Avropanın izafi istehlak və idarə sistemini imitasiya etmək yerinə birləşmiş qitə yenidən stabil iqtisadiyyat və ən aşağı səviyyədə demokratik dirçəliş əsrinə keçməli idi. Tarixi baxımdan birlikdə daha yaxşı Avropa qurmaq imkanını əldən verdik”.

Məqalə müəllifi xatırladır ki, 1989-cu ildə rəssamlar və mədəniyyət xadimləri mərkəzi rol oynayıblar: “Onlar müqavimət göstərir, meydan oxuyur, ümid və güc təklif edir, status-kvoya qarşı çıxan insanları coşdururdular”.

Bəs son 30 ildə rəssamlara nə oldu? Onlar təzyiq göstərirlər yoxsa güzəştə gediblər? Yoxsa bütün avropalılar güzəştə gediblər?

“Əminəm ki, rəssamlar və mədəniyyət xadimləri bundan sonra da dəyişiklik mühərriki ola bilərlər və olmalıdırlar. Onlar daha yaxşı Avropanı təmsil edə bilərlər. Elə bir Avropanı ki, orada müzakirələr iqtisadi artım səviyyəsi ilə məhdudlaşmır. Onlar qitəni XX əsr milliləşdirmə nostalgiyasından xilas edə bilərlər. Çünki dövrümüzün problemləri, məsələn, iqlim dəyişikliyi qlobal xarakter daşıyır”, - ekspert sonda qeyd edir.

Mənbə: www.xpressa.net