Bu gün Tbilisidə parlamentin qarşısında etiraz aksiyası davam etdiriləcək

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib.

Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər.

Aksiyaçılar ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin yetərli səs toplamamasına etiraz edirlər. Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Aksiyanı parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının liderləri və tərəfdarları da dəstəkləyir.

REAL

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Nazir yəqin burada baş verənlərdən xəbərsizdir... - İDDİA

SONRAKI XƏBƏR

 Avropada qanunsuz mühacirlər hansı ölkələrə sığınıb