Paşinyanın reytinqi sürətlə azalır: Tezliklə yeni səhnələrlə əməliyyatlar başlaya bilər

Paşinyanın reytinqi sürətlə azalır: Tezliklə yeni səhnələrlə əməliyyatlar başlaya bilər

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb təxminən 10 gün əvvəl sosial sorğularla bağlı yeni məlumatların Paşinyanın masasına qoyulması ola bilər.

Məlumata görə, bu məlumatlar Paşinyanı çox qəzəbləndirib və o, məlumatları yoxlamağı tapşırıb, daha sonra isə yerli sosioloji təşkilatlardan birinə yeni sorğu sifariş edib.

Keçirilmiş sorğunun nəticələri Paşinyanın Paris səfərindən iki gün əvvəl ona təqdim olunub. Bu sorğularla əvvəlki sorğular təsdiq olunub. Sorğu nəticələrinə əsasən, Paşinyanın reytinqi təxminən 21-23 faiz arasında dəyişir.

Paşinyanın tezliklə yeni, daha maraqlı səhnələrlə əməliyyatlara başlayacağı istina edilmir, çünki əvvəl edilənlər öz məqsədinə xidmət etmir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az