Putin bu tarixdə Türkiyəyə səfər edəcək

Putin bu tarixdə Türkiyəyə səfər edəcək

Növbəti ilin yanvar ayında Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adiministrasiyasının sözçüsü İbrahim Qalın deyib.

“Zənn edirəm, Vaşinqtona getmədən 2 gün əvvəl idi. Cənab Putinlə hörmətli prezidentimizin telefon söhbəti oldu. Səfərdən qayıtdıqdan sonra yenidən söhbətləşmək barədə razılığa gəlindi. Yanvar ayının birinci yarısında Putinin Türkiyəyə səfəri gözlənilir”, - deyə Qalın bildirib.

Mənbə: axar.az