Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI

Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI

Yaponiyada atası Akihitonun taxtından imtina etməsindən sonra imparator olan Naruhito 37 milyon dollara başa gələn bir mərasimlə "Güneş Tanrısı" ilə təkbətək yemək yeyib.

Moderator.az xəbər verir ki, sözügedən mərasim xərclərinin vergi ödəyiciləri tərəfindən ödənildiyi və konstitusiyanın dünyəvilik prinsipinə zidd olduğu iddia edilərək mübahisələrə səbəb olub. Yaponiya mediasına görə, 318 adam mərasimə icazə verən hökuməti məhkəməyə verib.

Mərasim üçün saray bağçasında iki böyük salon daxil olmaqla, 30 taxta konstruksiya qurulub və imperator "Günəş Tanrısı" ilə cəmi 6 saat baş-başa qalıb.

20 milyon dollara başa gəldiyi deyilən konstruksiyaların mərasimdən sonra ənənəyə uyğun yandırılacağı bildirilib.

Kamran

Mənbə: moderator.az