Şamaxıda gənc müəllimlərlə keçirilən görüşdə təhsil sahəsində aparılan islahatlardan danışılıb

Şamaxıda gənc müəllimlərlə keçirilən görüşdə təhsil sahəsində aparılan islahatlardan danışılıb

Noyabrın 15-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Şamaxı rayonunda təhsilin vəziyyəti və tədris prosesi ilə tanış olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Vəliyeva səfər çərçivəsində rayondakı Avropa məktəbi, eləcə də İqbal Rəsulov adına Muğanlı kənd və 6 nömrəli tam orta məktəblərdə dərs prosesini izləyib.

Nazir müavini məktəblərin pedaqoji kollektivləri ilə görüşdə tədris prosesi zamanı müasir təhsil texnologiyalarından, həmçinin interaktiv tədris metodlarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb. O, eyni zamanda, Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Nazir müavini təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb.

Daha sonra nazir müavini Qobustan rayonu Bədəlli kənd tam orta məktəbində olub və pedaqoji kollektivlə söhbət aparıb.

Mənbə: azertag.az