Ermənilərin Yəhudi "Sevgisi" - VİDEO

Ermənilərin Yəhudi "Sevgisi" - VİDEO

A.Qut:"Ermənistan Azərbaycan-İsrail əlaqələrini zəiflədə bilməyəcək"

Təcrid siyasətindən qurtulmaq yollarını axtaran Ermənistan xarici siyasətində dəyişiklik edərək, israillə əlaqələrini genişləndirməyə qərar verib. Belə ki, ermənistan 2020-ci ildə ölkəsinin Təl-Əviv şəhərində diplomatik korpusunu açmağı planlaşdırır.Bununla da İsrail-Azərbaycan strateji tərəfdaşlığını hər zaman təhlükəli hesab edən işğalçı ölkə, münasibətləri inkişaf etdirməklə, Cənubi Qafqaz regionunda Azərbaycanın üstünlüyünü balanslaşdırmağı hədəfləyir. Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut Real-a açıqlamasında bildirdi ki, 27 il ərzində İsraillə Ermənistan arasında heç bir sahədə əlaqə olmayıb. Elə geosiyasi baxımdan da Ermənistan İsrail üçün önəmli ölkə olmayıb.Amma Ermənistandan fərqli olaraq azərbaycan israil əlaqləri yüksək səviyyədə olub.

Tel- Regionda ən mühüm stratejo bu əlaqələe zərbə vurub korlasın. əsas məqsəd odur ki israil azərbaycan əlaqələrin səviyyəsin aşağı salsıç.Buna da nail olmayacaqlar. 2 ökə arasında yüksək əlaqələr var bu əlaqələr yalniz siyasi iqtisadi hərbi texninkmüxtəlifİnsani əlaqələr üzrə qurulub. 100 min azərbaucan kökənli insan yaşayır. Azərbaycada 25 minədək yəhudu diasporası fəaliyyət gpstərir. Yanvarda bu səfirlik açılması bu gün azərbaycanın israildə səfirliyi yoxdur. Bu baxımdan azərbaycan gecikir. Fikrim odur ki israildə azərbaycan səfirliyi açılmalıdır. Ermənist missiyası azərbaycan səfirliyinin israildə açılması məqsədəuyqun olardı.
Ermənistan-İsrail münasibətlərində mümkün inkişafın ölkə xaricindən müəyyən təzyiqlərə məruz qalacağı da şübhə doğurmur.Ermənistanın geosiyasi yerləşməsi və işğalçı siyasəti təcridlə nəticələnib ki, bu da, işğalçı ölkənin İrandan asılılığına gətirib çıxarıb. dır. İranın strateji tərəfdaşı hesab edilən Ermənistanın İsraillə geniş çərçivədə müstəqil oyunçu olaraq münasibətləri inkişaf etdirməsi və hər iki tərəfin maraqlarını təmin edəcək siyasət yürütməsi mümkün deyil. İkitərəfli əlaqələrin inkişafından yararlanmağa cəhd edən Ermənistan, qondarma Erməni Soyqırımı-nı İsrail Knessetində (Parlamentində) yenidən müzakirələrə çıxarılmasına cəhd göstərə bilər. İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman, məsələyə münasibət bildirərkən, qondarma Erməni soyqırımının mübahisəli məsələ olduğunu və bu çərçivədə, ölkəsinin rəsmi Bakı ilə münasibətlərinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdi . Məsələnin yenidən İsrail gündəminə mümkün geri dönüşü, bəzi anti-Azərbaycan qüvvələrinin İsrail-Azərbaycan strateji tərəfdaşlığını əngəlləməyə hədəflənən siyasəti olaraq başa düşülə bilər. Azərbaycandan fərqli olaraq, Ermənistan tarixən anti-semit düşüncələrin yayıldığı ölkələrdən biri olub. “The Anti-Defamation League” təşkilatının 2014-cü ildə apardığı rəy sorğusuna əsasən, anti-Semitizm reytinqi keçmiş Sovet İttifaqı və Şərqi Avropa regionunda ən yüksək Ermənistanda ortaya çıxmışdır . Keçən il, Yerusəlimdəki Erməni Kilsəsinin tələbələrinin yəhudi gənclərə hücumu, anti-Semit hərkətlərin yalnız ölkə içərisi ilə məhdudlaşmadığını göstərir .Tarixən, Livan və Suriyada yaşayan ermənilər, Yaxın Şərq regionunda İsrailin dövlət maraqlarına qarşı əks cəbhədə yer alıb. ASALA terror təşkilatı Livan ərazilərində İsrail dövlətinə qarşı təşkilatlanmış terrorist qruplar ilə birgə fəaliyyət göstərmiş və təşkilatın lideri Akop Akopyan, Münhendə keçirilən Olimpiya oyunlarında İsrail idmançılarının öldürülməsində yaxından iştirak etmişdi . Hal-hazırda Livan parlamentində təmsil olunan “Erməni Daşnaq Partiyası” (Armenian Revolutionary Federation)-nın Hizbullah terror təşkilatı ilə yaxın siyasi xətti bölüşdüyü müşahidə edilməkdədir . Son illərədək, Ermənistan üzərindən Suriya və Livanda terrorçuluq fəaliyyəti göstərən islamçı qruplara silah təchizatının aparılması , Ermənistanın İsrail dövlətinə qarşı yürüdülən geniş miqyaslı terror fəaliyyətlərində tranzit rolu oynadığını göstərir.

Azərbaycan-İsrail əlaqələrini zəiflətmək məqsədi daşıyır.

Mənbə: www.realtv.az