İranda benzinin qiymətinin üç dəfə artmasına görə başlanan etiraz aksiyaları Güney Azərbaycan şəhərlərini də bürüyüb.
Cebhe.info xəbər verir ki, İranın əksər bölgələri və Güney Azərbaycan şəhərlərinin əhalisi noyabrın 15- axşam saatlarından başlayaraq benzinin bahalaşmasına qarşı etiraz aksiyalarına start veriblər.
Aşağıda yerləşdirilmiş videolar bu gün ərzində Güney Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş etiraz aksiyaları zamanı çəkilib:
Urmiyada çəkilən videoda insanlar "Azərbaycan, Azərbaycan!" şüarı səsləndirirlər.
Urmiya əhalisi "Azərbaycan oyaqdır, millətinə dayaqdır!", "Azərbaycan yatmasın öz millətin atmasın!" şüarlarını səsləndirib.
Müşfiq Abdulla
Cebhe.info
Mənbə: cebhe.info