Tbilisi çalxalanır: Parlament qarşısında çadırlar quruldu

Tbilisi çalxalanır: Parlament qarşısında çadırlar quruldu

Tbilisidə aksiyanın keçirildiyi parlament binası qarşısında müxalifət nümayəndələri böyük ölçüdə çadır qurublar.

"Report" xəbər verir ki, çadır aksiya təşkilatçıları üçün qərargah funksiyasını yerinə yetirəcək.

"Güc birlikdədir" müxalif birliyinin təmsilçisi Giorgi Vaşadze bildirib ki, aksiya təşkilatçıları çadırda məsləhətləşmələr aparacaqlar.

O qeyd edib ki, müxalifətin bu gün saat 15:00-a təyin olunan kütləvi aksiyasına hazırlıq işləri aparılır.

G.Vaşadze sabahkı aksiyada müxalifətin fəaliyyət planının açıqlanacağını deyib.

Mənbə: polemik.az