Lukaşenkodan şok: Kremllə belə ittifaq kimə lazımdır

Lukaşenkodan şok: Kremllə belə ittifaq kimə lazımdır

Əgər Rusiya ilə Belarusa enerji tədarükü məsələsində razılaşmaq mümkün deyilsə, o zaman Aleksandr Lukaşenko Vladimir Putinlə Belarus-Rusiya inteqrasiyası barədə yol xəritəsini imzalamayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim Rusiya ilə mənfi ticarət balansının nə qədər olduğunu bilirsinizmi? 9 milyard dollar. Mən bu pulu haradan götürməliyəm ki, defisiti bağlayım? Başqa bazarlarda qapadırıq. Biz hər il itiririksə, bu nə ittifaqdır? Hər il bizə yeni şərt irəli sürürlər. Biz hər il iqtisadiyyat itiririk, itiririk və itiririk. Bağışlayın, amma bu ittifaq kimə lazımdır?” – deyə o bildirib.

Mənbə: axar.az