QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi

QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyənin paytaxtı Ankara şəhərində Yenidən Rifah partiyasının böyük qurultayında iştirak edib.

Qurultayda Azərbaycanla yanaşı İraq, Pakistan, Əfqanıstan, Sudan və digər ölkələrdən də nümayəndələr iştirak ediblər. Möhtəşəm bir qurultay keçirilib, minlərlə insan iştirak edib. Ankara Spor salonu qurultay nümayəndələrinin ancaq yarısından bir qədər çoxunu qəbul edə bilib. Minlərlə insan salonun qarşısında qurultayı manitorlar vasitəsi ilə izləyə biliblər. Qurultayda əsasən partiyanın rəsmi şəxsləri mövqelərini və fikirlərini bildiriblər və təxminən bir saat yarım partiyanın başqanı Fatih Ərbakan çıxış edibdi. Həm partiya başqanının, həm digər rəsmlərin çıxışlarında partiyanın yeni mövqeyi daxili siyasət sahəsində, xarici siyasət sahəsində prinspial məsələlər öz əksini tapıb.

QAT sədri Akif Nağı qurultayla bağlı təəssüratlarını belə bölüşür ki, həddindən artıq izdihamlı, möhtəşəm bir qurultay oldu:

“Belə görünür ki, Türkiyənin siyasi mühitinə yeni bir təsirli, güclü partiya gəlir. Və bu partiyanın əsas xətlərindən biri müsəlman, islam ölkələri ilə həmrəylik, amma dünyada gedən bütün proseslərə intqerasiya olunmaq, daxili siyasətdə kifayət qədər təsirli dəyişikliklər etmək, və sair məsələlər dayanır. Qurultay rəsmlərinin dediklərinə görə 40 mindən artıq partiyanın üzvü var, bundan 15 minə yaxın üzvü qurultayda iştirak edirdi. Bizim diqqətimizi çəkən məsələ biz hər yerdə Qarabağ məsələsinin öndə olmasını istəyirik. Qarabağ məsələsindən danışılmadı, adətən Türkiyənin siyasi ictimai qurumlarının toplantılarında Fələstin məsələsi də qabardılır, amma Fələstin məsələsindən də danışılmadı. Mən hesab edirəm ki, bu yeni güclənən yeni ortaya gələn partiyanın çatışmayan cəhətlərindən biri idi. Digər tərəfdən qurultayda xaricdən gələn qonaqlar qurultay iştirakçılarına bir -bir təqdim olundu və Fələstin nümayəndələri təqdim olunarkən daha gurultulu alqışlarla qarşılandı, Qarabağ Azadlıq Təşkilatının sədri təqdim olunanda da kifayət qədər alqışlandı, amma Fələstinli nümayəndələrlə müqayisədə o qədər də effektli qarşılığı olmadı. Hesab edirəm ki, bu da bizim buraxdığımız yanlışlıqların nəticəsidir.

Biz Türkiyə mühitində daha çox işləməli, ictimai siyasi mühitində Qarabağ məsələsi daha çox qabardılmalıdır. Bu qənaətə gəlmək olar ki, çoxlu sayda görüşlər, tədbirlər, təmaslar olmalıdır. Türkiyə kimi bizə dost və qardaş ölkənin siyasi və ictimai gündəmində Qarabağ məsələsi ön planda olmalıdır. Qurultay öz işini başa çatdırdı, digər görüşlərimiz və görüşmələrimiz davam etdirilir”.

Mənbə: moderator.az