Lukaşenkodan Kremlə TƏLƏB: “Xərcləri bölməliyik”

Lukaşenkodan Kremlə TƏLƏB: “Xərcləri bölməliyik”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qarşı yeni tələblə çıxış edib.

Cebhe.info xəbər verir ki, Lukaşenko sərhədlərini mühafizəsi ilə bağlı açıqlama verib. Bildirib ki, Rusiya sərhədlərin qorunmasına görə, Belarusa pul ödəməlidir. Bəs bu ödənişin məbləği nə qədər olmalıdır? Lukaşenko bu suala dəqiq cavab verməyib.

Lakin bildirib ki, qonşu dövlət heç olmasa bu xərcin yarısını ödəməlidir. “Qara dənizdən Baltikə qədər biz hər şeyi izləyirik. Təsəvvür edin ki, hər gün baş verənləri izləmək lazımdır. Bu prosesə hər gün nə qədər pul xərclənir”-deyə, Lukaşenko bildirib. Prezident bildirib ki, ölkəsi Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminə də xeyli pul xərcləyir.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info