Nepal Baş naziri Hindistanı dərhal Kalapanidən ordusunu çıxarmağa çağırır

Nepal Baş naziri Hindistanı dərhal Kalapanidən ordusunu çıxarmağa çağırır

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nepalda Hindistanın Kalapani ərazisini öz ərazisinə yerləşdirmək istəyinə qarşı etiraz aksiyaları keçirilib.

Oli qeyd edib ki, Nepal hökuməti heç kimə öz torpaqlarının bir qarışını da ələ keçirməyə imkan verməz.

Qeyd edək ki, bu ayın əvvəlində Hindistan yeni çıxarılan xəritədə Nepal ilə sərhədində heç bir dəyişiklik etmədiyini və suveren ərazisini dəqiq şəkildə təsvir etdiyini bildirib. Nepal isə Hindistan ərazisinin bir hissəsi olaraq göstərilən Kalapani bölgəsinə etiraz edib.

Sevinc Əliyeva

Mənbə: ordu.az