İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) bəyanat verib.
Sepah bu gün verdiyi bəyanatda son 3 gündə ölkədə baş verən iğtişaşları pisləyib və ölkə xalqına iğtişaşçılarlarla dinc aksiyaçıları biri-birindən ayırdığına görə təşəkkür edib.
Sepah-ın bəyanatında bildirilib ki, qurum asayişi pozan və ölkənin təhlükəsizliyinə zərbə vuran amillər və iğtişaşçılarla bağlı ciddi tədbirlər görəcək.
Mənbə: www.interaztv.com