Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış

Almaniya İran hökumətinin etirazçılarla dialoqa gedəcəyinə ümid etdiyini bildirib.

Axar.az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ulrike Demmer deyib.

“Biz hadisələri, xüsusilə qurbanlar haqqında məlumatları narahatlıqla müşahidə edirik. Biz İran hökumətini sərbəst toplaşmaq və özünüifadə azadlığına hörmət göstərməyə çağırırıq”, - deyə o bildirib.

Mənbə: axar.az