Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə iştirak edəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu T.Ərdoğanın mətbuat katibi İbrahim Qalın deyib.
Onun sözlərinə görə, görüş 3-4 dekabr tarixlərində keçiriləcək NATO sammitindən sonra baş tutacaq.
Mənbə: az.trend.az