Türkiyə: Fələstinin işğalı heç vaxt qanuniləşməyəcək

Türkiyə: Fələstinin işğalı heç vaxt qanuniləşməyəcək

İsrailin Fələstindəki fəaliyyəti beynəlxalq hüquqa və insanlığa ziddir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

"Fələstinlilərin torpaqlarından çıxarılması beynəlxalq normaların dəhşətli pozulmasıdır və Fələstin torpaqlarının işğalı heç vaxt qanuniləşməyəcək", - Altun qeyd edib.

Mənbə: axar.az