Njde yaşanmış erməni faşizmidir, Paşinyan və onun kimilərsə müasir erməni faşizmidir..."

Njde yaşanmış erməni faşizmidir, Paşinyan və onun kimilərsə müasir erməni faşizmidir..."

Bu günlərdə Ermənistanın baş naziir Nikol Paşinyan rus jurnalistlərlə görüşündə Qaregin Njde məsələsinə toxunaraq, erməni faşistini nəinki müdafiə edib, ona qarşı hücumları kəskin şəkildə qınayıb. Paşinyan iddia edib ki, Qaregin Njde kimi SSRİ-nin xarici işlər naziri Molotovun da Üçüncü Reyxlə təmasları olub. Əgər buna görə Qaregin Njde ittiham olunursa, o zaman eyni məntiqlə Molotov da ittiham edilməlidir.

Qaregin Njdeyə gəlincə, Paşinyan onun kimliyi məsələsində tərəddüd və şübhə etmədiklərini bildirib və qeyd edib ki, o, ermənilər üçün sovet marşalı Baqramyanla eynidir və eyni ehtirasla sevilir.

Haqlı sual yaranır, görəsən, ermənilərin və şəxsən Paşinyanın Njde sevgisi səmimidirmi, yoxsa burda başqa niyyətlər və məqsədlər var?

Ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı

Moderator.az-a açıqlamasında deyir ki, əslində Paşinyanla Njde arasında fərq yoxdur:

"Erməni millətinin rəsmi ideologiyası yoxdur və bu olmadıqda yaxın keçmişdə Erməni xalqının mübarizəsinə yön verən millliyətçilik önə çıxmalıdır. Başqa cür ola bilməz. Ermənilərə aid olan tarixi və müasir partiyaların hamısının mayasında milliyətçilik ideologiyası var. Daşnaksütyundan tutmuş Serj Sarkisyanın başçısı olduğu Ermənistan Respublikaçılar partiyasına qədər. Kommunist partiyası belə milliyətçilik buxovundan azad ola bilməyib. Bu mənada Ermənistan cəmiyyəti bəşəri ideyaları qəbul etmir. Faşist onlar üçün məqbul varlıqdır və Paşinyanın Garegin Njdeni müdafiə etməsi də hansısa siyasi məqsədlərdən qaynaqlanmır. Njdeizm, Andranikizm Ermənistan çəmiyyətinin şəklidir. Ona görə də "faşisti niyə müdafiə edirsiniz" sualına verəcəyi cavab da məntiqidir, çünki onun özü də Njdedən heç nəyi ilə fərqlənmir. Njde keçmiş, yaşanmış erməni faşizmidir, Paşinyan və onun kimilər isə müasir erməni faşizmidir. Bu faşizmə qarşı çevrə dövlət və xalqlar mübarizə etməlidir. Çünki gələcəkdə bu bəla çox ciddi təhdid yaradacaq. O cümlədən rusların özlərinə. Biz də Rusiyaya yardım edərək, onun yanında yer alaraq faşizmin regionumuzda yayılmasının qarşısını almalıyıq. Njdenin heykəli İrəvandan götürülməlidir.

Molotovu misal çəkməsinə gəlincə, Paşinyan savadsızlığını göstərir. Molotov - Ribbentrop müqaviləsi faşistlərələ əməkdaşlıq deyil, müharibədən əvvəl hər iki ölkənin imperial maraqlarının təmin olunduğu gizli sazişdir. Molotovla Njdeni müqayisə etmək çox böyük nadanlıqdır".

Mənbə: moderator.az