Arayışlardan haqq alan müsavatçılar – ŞOK SİYAHI

Arayışlardan haqq alan müsavatçılar – ŞOK SİYAHI

Bütün bu biabırçılıqlardan sonra Arif Hacılını vә onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar qalır. Bu şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır.

Axar.az xəbər verir ki, bunu Almaniyada yaşayan keçmiş müsavatçı Yafəz Əkrəmoğlu qeyd edib. O, mühacirlərə verilən arayışlardan müsavatçıların da “haqq” aldığını bildirərək, onların siyahısını paylaşıb:

“Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlöhvcəsinə müdafiә edir. Fırıldaqçıları vә fırıldaqçılığı müdafiә edәnlәri siz dә tanıyırsınız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram. Ümid edirәm ki, siyahıda olan şәxslәrin bәzilәri bu qınaqdan çәkinmәk üçün hәlә dә vicdanlıdılar:

1. Gülağa Aslanlı - bu işdә Arif Hacılının sağ әli, ortağı.

2. Sәxavәt Soltanlı - Arif Hacılının ümumiyyәtlә sağ әli.

3. Mustafa Hacıbәyli - Arif Hacılının qardaşı. Arayış almaq istәyәn potensial “siyası mühacir”lәr ilk olaraq onun әlinin altından keçir. Rәhbәrlik etdiyi Basta.info saytı qardaşının “siyasi mühacir”lәri haqda mәqalәlәr dәrc edir.

4. Fәrәc Kәrimli - Müavin. Tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Arif Hacılının troll ordusunu idarә edir.

5. Raqif Kәrimli - Fәrәcin atası, uzun müddәt bu (Laçın) tәşkilatın sәdri olub.

5. Nemәt Kәrimli - vәkil.

6. Osman Kazımov - vәkil.

7. Sevinc Hüseynova - Partiyada MNTK sәdri.

8. Nüşabә Sadıqlı - Mәclis sәdri.

9. Nazim Azadoğlu – adı Avropada mühacir alverindә sıx hallanan oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidir.

10. Azәr İsmayıl - Arif Hacılının müşaviri, Basta.info saytının әmәkdaşı”.

Y. Əkrəmoğlu sözügedən şəxslərin Müsavat Partiyasını müdafiə etməsinin səbəbini belə izah edib:

“Bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçdilәr. Yuxarıdakı siyahıda elә şәxslәr var ki, hәdsiz dәrәcәdә sadәlövh olması, nә baş verdiyini anlaya bilmәmәsi mümkün deyil. Mәsәlәn, hәr iki vәkil. Axı, nüfuzunuzu xәrclәyib, niyә fırıldqçıları müdafiә edirsiniz? Hansı marağa?”

Mənbə: axar.az