TRAMPIN QƏRARI NƏ İSRAİLƏ, NƏ DƏ FƏLƏSTİNƏ SÜLH GƏTİRMƏYƏCƏK

TRAMPIN QƏRARI NƏ İSRAİLƏ, NƏ DƏ FƏLƏSTİNƏ SÜLH GƏTİRMƏYƏCƏK

“Parlament Assambleyası və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) yardım kəsildikdən, Qüds İsrailin paytaxtı, Qolan təpələri isə onun suveren ərazisi elan edildikdən sonra Amerikanın əlində bir kozırı qalıb və Tramp (Donald Trump) administrasiyası həmin kozırı bu həftə işə salmaq qərarına gəlib. Ağ Ev bəyanat verib ki, ABŞ daha İsrailin Şərqi Qüdsdə və Qərb Sahilində yəhudi məskənlərini beynəlxalq hüququn pozulması kimi qəbul etmir”, - Noa Landau “Haaretz” nəşrində yazır.

“Bir öncəki bəyanatlar kimi bu açıqlama da simvolik xarakter daşıyır. Yerlərdə heç nə dəyişməyib və ABŞ-ın qərarına baxmayaraq, beynəlxalq qanunlar olduğu kimi qalır. Hətta Tramp da Dövlət Departamentinin təmtəraqlı bəyanatını büdcə sahəsində konkret addımlarla möhkəmlətmək üçün Konqresin icazəsini almalıdır”, - məqalədə deyilir.

Məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirmək üçün AB-ə əvvəllər olduğu kimi günlər yox, sayılı dəqiqələr lazım gəlib.

“Amerika səfirliyinin Qüdsə köçürülməsində olduğu kimi UNRWA mandatının uzadılması ilə bağlı BMT-də bu yaxınlarda keçirilən səsvermə zamanı da belə bir təəssürat yaranıb ki, İsrail və ABŞ administrasiyası həqiqətən təkdir, qalan bütün dünya, o cümlədən İsrailin Şərqi və Mərkəzi Avropadakı yeni “dostları”, Rusiya, Asiya və Afrika onlara qarşı birləşib”, - jurnalist qeyd edir.

“Mövcud vəziyyətdə Ağ Evin Donald Trampın xarici siyasət kursuna uyğun gələn qərarından daha çox, bu qərarın qəbul edilməsi üçün seçilmiş vaxt təəccüb doğurur. Baş nazir Binyamin Netanyahuya (Benjamin Netanyahu) yaxın mənbələr iddia edir ki, bu məsələ “bir neçə aydır müzakirə edilir” və “qərar milli təhlükəsizlik şurası və baş prokurorluq ilə razılaşdırılıb”. Həmçinin bildirilir ki, Trampın qərarı Netanyahuya koalisiya yaratmağa kömək məqsədi güdür”, - Landau yazır.

“Lakin amerikalı mənbələr iddia edir ki, Trampa ən ciddi təzyiq yevangelist müttəfiqlərindən gəlib. Onlar Avropa Məhkəməsinin Qərb sahilində yerləşən yəhudi məntəqlərində istehsal edilən məhsulların xüsusi markalanması haqqında qərarı ilə mübarizə aparmaq üçün Amerika administrasiyasından istifadə etmək istəyirlər. Yevangelistlərin fikrincə, yaşayış məntələqələri həmişə qanuni xarakter daşıyıb”, - nəşr qeyd edir.

“Yuxarıdakı açıqlamaları nəzərə alsaq, Tramp bu qərarları qəbul edərkən heç də Netanyahuya kömək etmək istəməyib, sadəcə öz siyasi problemlərini həll etməyə çalışıb.Tramp qarşıdan gələn prezident seçkilərində yevangelistlərin dəstəyinə ümid edir və onları elektoratının ayrılmaz hissəsi hesab edir. ABŞ prezidenti İsrail-Fələstin münaqişəsi ilə əlaqəli qərarlarını qəbul edərkən məhz bu amilləri əlində rəhbər tutub”, - məqalədə deyilir.

Dövlət katibi Mayk Pompeo (Mike Pompeo) qısa açıqlamasında Amerika administrasiyasının daha bir istiqamətini xatırladıb: onun Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsi iştirakçılar arasında danışıqların gedişatına təsir etməməlidir. Onlar müzakirələr əsnasında yaşayış məntəqələrinin aqibətinə özləri qərar verməlidirlər. Tramp administrasiyası bu addımını “sülhü yaxınlaşdırmaq” istəyi ilə izah edib, çünki Qərb sahilində yəhudi məskənlərinə qarşı çıxan əvvəlki administrasiyanın mövqeyi sülh prosesinin irəliləməsinə imkan yaratmayıb.

Məqalə müəllifi hesab edir ki, Netanyahu baş nazir postunda qalsa, Tramp isə növbəti dəfə ABŞ prezidenti seçilsə, hər ikisi iddialarını təsdiqləməli olacaqlar. Qüdsün İsrailin paytaxtı və Qolan yüksəkliklərinin yəhudi dövlətinin suveren ərazisi olaraq tanınması hələlik israillilər və fələstinlilər arasında sülh prosesinin irəliləməsinə gətirib çıxarmayıb.

Mənbə: www.xpressa.net