“Küçələrdə, orada-burada çığırıb-bağırmaqla gəldi prezident oldu...” İLHAM ƏLİYEV ELÇİBƏY HAQDA

“Küçələrdə, orada-burada çığırıb-bağırmaqla gəldi prezident oldu...” İLHAM ƏLİYEV ELÇİBƏY HAQDA

Bu gün prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli mərasimdə geniş, əhatəli nitqlə çıxış edib. Sumqayıtın yaranmasından, Heydər Əliyevin bu şəhər üçün gördüyü işlərdən, Sumqayıt hadisələrindən, AXC-Müsavat hakimiyyətindən və digər mövzulardan danışıb.

İlham Əliyev AXC-Müsavat hakimiyyətinin rəhbərlərini sərt tənqid edib. Və o vaxtkı prezident Əbülfəz Elçibəy haqda bunları deyib:

- Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi.

Mənbə: virtualaz.org