Siyavuş Novruzovun xanımı yeni Ombudsman seçildi?

Siyavuş Novruzovun xanımı yeni Ombudsman seçildi?

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlamentin plenar iclası noyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, sosial şəbəkədə istifadəçilər tərəfindən Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın yeni Ombudsman seçilməsi ilə bağlı məlumatlar paylaşılır.

Mənbə: www.yeniavaz.com